Avropa
“Sarı jiletlilər”in növbəti aksiyası - 200 nəfər həbs edildi (YENİLƏNDİ)
Fransanın müxtəlif şəhərlərində "sarı jiletlilər"in keçirdiyi aksiyada saxlanılanların sayı 240 nəfərə çatıb.
Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, onlardan 200 nəfəri həbs edilib. Qeyd olunur ki, nümayişlərdə ümumilikdə 84 min nəfər iştirak edir.
Qeyd edək ki, bu gün "sarı jiletlilər" Fransa şəhərlərinin küçələrində 9-cu dəfə küçələrə çıxıblar.
***
“Sarı jiletlilər”in bu gün Fransanın müxtəlif şəhərlərində keçirilən növbəti etiraz aksiyalarında 32 min nəfər iştirak edir. Parisin küçə və meydanlarına isə 8 min etirazçı çıxıb.
Publika.az xəbər verir ki, bu barədə BFM telekanalı məlumat yayıb. Telekanal qeyd edir ki, ötən şənbə aksiyalarına nisbətən iştirakçıların sayında xeyli artım var. Bir həftə əvvəl ölkədə nümayişə 26 min, Parisdə isə 2 min nəfər çıxmışdı.
Hazırda Parisdə Zəfər Tağının yaxınlığında yerləşən prospektlərdə nümayişçilərlə polis arasında qarşıdurma yaşanır. Polislər və jandarma onlara atılan daşlara gözyaşardıcı qaz və su şırnaqları tətbiq etməklə cavab verirlər.
Son məlumata görə, səhərdən indiyədək paytaxtda 59 nəfər saxlanılıb.
-
Dünya04:44
Rusiya Yerə düşə biləcək asteroidlə bağlı XƏBƏRDARLIQ ETDİ
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO