“Brexit”in son müddəti dəyişdirildi
Bizi izləyin

Avropa

“Brexit”in son müddəti dəyişdirildi

Böyük Britaniyanın İcmalar Palatasının üzvləri “Brexit”in son müddətinin martın 29-dan 30 iyun 2019-cu il tarixinə keçirilməsi barədə baş nazir Tereza Meyin təklifini dəstəkləyib.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki,təklifə 412 deputat səs verib, 202 deputat ona qarşı çıxıb.

Tereza Mey Avropa İttifaqı ilə əldə etdiyi “Brexit” razılaşmasını üçüncü dəfə parlamentdə səsverməyə qoyacaq. Baş nazir bildirib ki, əgər millət vəkilləri “Brexit”in uzun müddətlik təxirə salınma riskini almaq istəmirlərsə müqaviləni təsdiqləməlidirlər.

Avropa Şurasının sədri Donald Tusk öz “Twitter” hesabından etdiyi açıqlamada belə deyib: “Əgər Böyük Britaniya “Brexit” strategiyasını yenidən nəzərdən keçirmək və kompromisə gəlmək istəyirsə, üzv olan ölkələrdən Şuranın iclası zamanı uzun müddətlik təxirə salma prosesinin başlanması çağırışını edəcəyəm”.

Qeyd edək ki, “Brexit” müqaviləsi 2 dəfə səs verməyə qoyulsa da parlament tərəfindən qəbul edilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm