8 min müsəlmanı öldürən prezidentə cəza - Tarixi qərar
Bizi izləyin

Avropa

8 min müsəlmanı öldürən prezidentə cəza - Tarixi qərar

Beynəlxalq Cəza Məhkəməsinin Apellyasiya Şurası "Bosniya qəssabı" kimi tanınan sabiq Serbiya prezidenti Radovan Karaciçlə bağlı yekun qərarını açıqlayıb.

Publika.az Axar.az-a istinadən xəbər verir ki, məhkəmə 1994-cü ildə törədilmiş Srebrenitsa qətliamının əsas səbəbkarlarından Karaciçi ömürlük həbsə məhkum edib.

Bununla da 3 il davam edən apellyasiya prosesi də başa çatıb.

Qeyd edək ki, Srebrenitsa qətliamı 1991-1995-ci illərdə keçmiş Yuqoslaviyada baş verən vətəndaş müharibəsi zamanı serb ordusunun 1995-ci ilin iyulunda ən azı 8300 bosniyalı müsəlmanın Srebrenitsa şəhərində qətlə yetirməsi ilə həyata keçirilən soyqırım aktıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm