NATO səmasında RUSİYA BAYRAĞI: belə səhvə kim yol verib? - FOTO/VİDEO
Bizi izləyin

Avropa

NATO səmasında RUSİYA BAYRAĞI: belə səhvə kim yol verib? - FOTO/VİDEO

Fransız pilotlar parad zamanı təsadüfən Marsel səmasını Rusiya bayrağının rənglərinə boyayıblar.

Publika.az xəbər verir ki, bu barədə "Tsargrad" TV məlumat yayıb.

Bildirilib ki, bu, mayın 8-də musiqinin müşayiəti ilə tüstü generatorları ilə hava şouları nümayiş etdirən “Patrouille de France” akrobatika komandasının çıxışı zamanı baş verib.

Qeyd edilib ki, pilotlar Fransa bayrağını təsvir etməli idilər. Lakin onların səhvi ucbatından rus bayrağının rənglərini əks etdirən 3 rəng səmada peyda olub.

Xatırladaq ki, Franda 4 Aprel 1949-cü ildə NATO-nu təsis edən dövlətlərdən biridir. Bu ölkə NATO-nun hərbi qanadından 1966-cı ildə geri çəkilib, 3 Aprel 2009-cu ildə geri dönüb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm