Stoltenberq Zelenskini NATO-nun qərargahına dəvət etdi
Bizi izləyin

Avropa

Stoltenberq Zelenskini NATO-nun qərargahına dəvət etdi

NATO-nun baş katibi Yens Stoltenberq Ukraynada prezident seçkilərinin qalibi Vladimir Zelenski ilə telefonla danışıb.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, ittifaqın başçısı onu təşkilatın qərargahına dəvət edib.

“İndi Ukraynanın seçilmiş prezidenti Vladimir Zelenski ilə danışdın. Mən onu qələbə münasibətilə təbrik etdim və yaxın vaxtlarda NATO-nun qərargahına baş çəkməyə dəvət etdim. İttifaq Ukraynaya siyasi və praktik dəstək göstərməyə davam edəcək”, - Stoltenberq tvitterdə yazıb.

Daha əvvəl Zelenski Ukraynanın NATO və Avropa İttifaqına üzvlük kursunun saxlanılmasının vacib olduğunu bildirib. Onun sözlərinə görə, ittifaqa giriş üzrə kursun müəyyən edilməsi yalnız referendum yolu ilə reallaşmalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm