Avropa
Madrid otellərində qiymətlər Çempionlar Liqasının finalına görə kəskin artdı
Madridin “Real” klubunun stadionu iyunun 1-də “Liverpul” və “Tottenhem” arasında Çempionlar Liqasının final matçını qəbul edəcək.
Daşınmaz əmlak haqqında “Idealista” portalına istinadla xəbər verir ki, bununla əlaqədar olaraq İspaniya paytaxtının otellərində qiymətlər təqribən 10 dəfə bahalaşıb.
Belə günlərdə Madrid mehmanxanalarında bir gecə qalmağın qiymətləri 1300 avrodan aşağı olmur. Gözlənildiyinə görə, Madridə 34 min britaniyalı gələcək. Lakin bu, rəsmi rəqəmdir. Əslində, İspaniya paytaxtı xeyli çox futbol fanatı qəbul etməyə hazırlaşır.
Üçulduzlu mehmanxanalarda həmin günlər üçün yerlərin hamısı tutulub.
Madrid sakinləri də azarkeşlər hesabına varlanmaq fürsətini əldən vermirlər. Bir gecə üçün 1000 avrodan ucuz mənzil tapmaq qeyri-mümkündür.
Stadionun yerləşdiyi rayondakı evlər bir gecə üçün 12 min avroya kirayə verilir. İyunun ilk günləri üçün qiymətlər başqa rayonlarda və hətta ətraf qəsəbələrdə də kəskin artıb (Azertac)
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"