Putin və Makron arasında telefon danışığı oldu
Bizi izləyin

Avropa

Putin və Makron arasında telefon danışığı oldu

Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla telefon söhbət edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Kremlin saytında bildirilir.

Telefon danışığının gedişatında Putin Makrona bildirib ki, “Normand dördlüyü” növbəti sammitinin gündəliyini diqqətlə hazırlamaq lazımdır. Kremlin başçısı həmçinin, 2015-2016-cı illərdə Paris və Berlin görüşlərində əldə olunmuş razılaşmaların Kiyev tərəfindən icrasına ehtiyac olduğunu deyib.

Dövlət başçıları həmçinin, Ukrayna və Rusiya arasında məhbusların mübadiləsini müsbət qiymətləndiriblər. Putin və Makron ümidvar olduğunu ifadə ediblər ki, bu humanitar aksiya Moskva və Kiyev arasında münasibətlərin normallaşmasına kömək edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm