Kataloniyada döyüş hazırlığı: barrikadalar qurulur - ŞOK GÖRÜNTÜLƏR (FOTO/VİDEO)
Bizi izləyin

Avropa

Kataloniyada döyüş hazırlığı: barrikadalar qurulur - ŞOK GÖRÜNTÜLƏR (FOTO/VİDEO)

İspaniyanın Kataloniya bölgəsində müstəqillik tərəfdarlarının etiraz aksiyaları zamanı ən azı 35 nəfər zərər çəkib.

Publika.az xəbər verir ki, bu haqda “El Pais” qəzeti bildirib.

Nəşrin informasiyasına görə, onlardan əksəriyyəti – 25 nəfər Barselonada zədələr alıb.

Qeyd edək ki, cümə günü Kataloniyada ümumi tətil başlanıb. Regionun müxtəlif şəhərlərində çoxsaylı mitinqlər keçirilir, ancaq ən böyük nümayişlər muxtariyyətin paytaxtında təşkil olunub. Barselonanın mərkəzində yerləşən polis idarəsinin qarşısında təhlükəsizlik gücləri ilə nümayişçilər arasında toqquşmalar baş verib. Təhlükəsizlik gücləri aksiyanın dağıdılması üçün gözyaşardıcı qazdan istifadə edib.

İlkin məlumatlara görə, Barselonada 10 nəfər saxlanılıb. İndi etirazçılar zibilləri yandırır və barrikadalar qururlar.

Xatırladaq ki, oktyabrın 14-də İspaniya Ali Məhkəməsi müstəqillik haqqında referendumun təşkilinə aidiyyəti olan regional siyasətçilər barəsində hökm çıxarandan sonra Kataloniyada aksiyalar başlayıb. Hökmə görə, kataloniyalı siyasətçilər 13 il müddətinə qədər həbs cəzasına məhkum edilib. Onların bəziləri qiyama təşviq etməkdə və israfçılıqda təqsirli bilinib. Kataloniya hökuməti başçısının sabiq müavini Oriol Junkeras maksimal müddətə həbs cəzasına məhkum edilib.

Bundan sonra Kataloniyada hökumət əleyhinə kütləvi etirazlar başlanıb. İspaniya Daxili İşlər Nazirliyi vəziyyətə nəzarəti təmin etmək üçün regiona əlavə qüvvələr yeridib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm