Avropa
Avropaya köç edən mühacirlərin qaldığı bina yandırıldı - FOTO
Belçikanın Limburq şəhərində sığınacaq axtaranların yerləşdirilməsi üçün mərkəzin ehtiyacları üçün nəzərdə tutulan qeyri-yaşayış binası tamamilə yanıb külə dönüb.
Şəhər meriyasının yaydığı məlumata görə, yanğın “çox güman” qəsdən törədilib. Polis də məhz bu versiyaya meyillidir.
Limburq şəhər bələdiyyəsinin sərəncamında olan bu ev yaxın vaxtlara qədər qocalar evi kimi fəaliyyət göstərirdi.
Yanğın gecəyarısına az qalmış baş verib. Zərərçəkən olmayıb, lakin ev elə bir duruma düşüb ki, onun bərpası mümkün deyil. Binadan yalnız kömürə dönmüş dayaqlar qalıb. Lakin polis kilidi sındırma izlərini aşkara çıxara bilib.
Daha əvvəl Limburqda qaçqınlara yardım mərkəzinin açılması əleyhinə çoxsaylı etiraz aksiyaları keçirilib. Flandriya Qırmızı Xaç Cəmiyyəti əvvəlki kimi şəhərdə belə bir mərkəz açmağı planlaşdırır.
Hüquq-mühafizə orqanları təhqiqata başlayıblar.
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."