65 nəfər saxlanıldı - HƏBSLƏR davam edəcək
Bizi izləyin

Avropa

65 nəfər saxlanıldı - HƏBSLƏR davam edəcək

Parisdəki etirazlarda 60-dan çox şəxs saxlanılıb.

Publika.az xəbər verir ki, pensiya islahatlarına etiraz aksiyasında həbs edilənlərin sayı əvvəlcə 28 olsa da, hazırda 65-ə çatıb.

Bu barədə şəhər polis idarəsinin Tvitter hesabında yazılıb.

Paytaxtda keçirilən genişmiqyaslı tətil ictimai nəqliyyatın hərəkətini iflic edib.

Aksiya yerli vaxtla saat 14.00-da başlayıb. Təhlükəsizliyin təmini məqsədilə Parisə 6000 polis və jandarma səfərbər olunub.

Ümumilikdə 250 nümayişin keçirilməsi nəzərdə tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm