Siyasi qalmaqal: Britaniya İranın üzr istəməsini tələb edir
Bizi izləyin

Avropa

Siyasi qalmaqal: Britaniya İranın üzr istəməsini tələb edir

“İran britaniyalı səfir Robert Makeri saxladığına görə üzr istəməlidir”.

Publika.az xəbər verir ki, Böyük Britaniyanın Xarici İşlər Nazirliyindən belə açıqlama verilib. Bildirilib ki, izahat tələb olunmadan diplomatın saxlanılması beynəlxalq hüquq normalarına ziddir. Açıqlamaya görə, hadisə ilə bağlı İranın Londondakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz təqdim olunub.

Xatırladaq ki, İran polisi Robert Makeri “radikal və dağıdıcı etirazları formalaşdırmaqda və nümayişçiləri təşviq etməkdə” ittiham edərək, nəzarətə götürüb. O bir neçə saat sonra sərbəst buraxılıb.

Anar Türkeş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm