
Almaniyanın Xarici İşlər naziri Hayko Mas ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq sülh planı təklifinin ciddi suallar yaradacağını bildirib.
Publika.az xəbər verir ki, Mas ABŞ-ın təklifini diqqətlə araşdıracaqlarını və bütün tərəfdaşların eyni mövqeni sərgiləyəcəyini güman etdiklərini bildirib.
Nazir hər iki tərəfin qəbul etdiyi və ortaq nöqtəyə gəldiyi bir həll yolunun bölgəyə uzunmüddətli sülh gətirəcəyini ifadə edib.
Mas Yaxın Şərqdəki problemli sülh prosesini canlandırmaq üçün edilən hər bir cəhdin vacib olduğunu vurğulayıb. O, məsələnin Avropa İttifaqı üzvləri ilə müzakirə ediləcəyini qeyd edib.