Şahzadənin "sağ əli"nin cinayətləri ORTAYA ÇIXDI - 3 ölkə onu axtarır
Bizi izləyin

Avropa

Şahzadənin "sağ əli"nin cinayətləri ORTAYA ÇIXDI - 3 ölkə onu axtarır

Böyük Britaniyada fəaliyyət göstərən “Stoke White” hüquq firması Birləşmiş Ərəb Əmirlikləri və subpodratçısı Məhəmməd Dahlanı məhkəməyə verib.

Publika.az xəbər verir ki, firma BƏƏ ordusunun Yəməndə sui-qəsd və işgəncə kimi müharibə cinayətləri törətmə ittihamları ilə sözügedən ünvanları ABŞ, Böyük Britaniya və və Türkiyə məhkəmələrinə şikayət edib.

BƏƏ-nin ali səlahiyyətli siyasi liderlərinin və onların səlahiyyət verdiyi şəxslərin tutduğu muzdlu əsgərlər bu cinayətlərin əsas məsuliyyət daşıyanları kimi göstərilib.

Zərərçəkən qismində ifadə verənlərdən biri 2015-ci ildə Əl-İslah Partiyasının Adendəki binasını hədəf alan bombalı hücumdan son anda qurtulan Abdulla Daubalah, digəri isə BƏƏ-yə aid mərkəzdə işgəncəyə məruz qalan Nəssir Mofqah olub.

Günahlandırılan şəxslər arasında BƏƏ-nin vəliəhd şahzadəsi Məhəmməd ibn Zayedin baş məsləhətçilərindən olan Məhəmməd Dahlanın adı xüsusi diqqət çəkir. O, Türkiyənin terrorla mübarizə çərçivəsində tərtib edilmiş axtarış siyahısında qırmızı kateqoriyada yer alır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm