Avropalı rəsmidən ölümlərlə bağlı ŞOK İTTİHAM: əslində...
Bizi izləyin

Avropa

Avropalı rəsmidən ölümlərlə bağlı ŞOK İTTİHAM: əslində...

Avropadakı hökumətlər tərəfindən yayımlanan koronavirusdan ölüm statistikaları reallığı əks etdirmir.

Publika.az xəbər verir ki, bunu Avropa Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (ECDC) direktoru Andrea Ammon açıqlayıb.

Direktor hökumətləri gerçək ölüm rəqəmlərini gizləməkdə ittiham edib. Avropa Komissiyasındakı Ekologiya Komitəsinin senatorlarına səslənən Ammon qitədəki ölümlərin 50%-nin qocalar evində qeydə alındığını vurğulayıb. O bildirib ki, “evdə qal” siyasəti sayəsində son 14 gündə yoluxma 45%-ə düşüb. Lakin qocalar evində durum ciddiyyətini qoruyur.

A.Ammonun qənaətinə görə, virus qısa müddətdə yox olmayacaq.

Son rəqəmlərə görə, Avropada 1 milyon 469 min 941 nəfər koronavirusa yoluxub, 142 min 155 nəfər dünyasını dəyişib.

Qeyd edək ki, Almaniyanın real ölüm rəqəmlərini gizlətməsi ilə bağlı iddialar ötən gün yayılmışdı.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm