Tacikistan-Rusiya BÖHRANI BÖYÜYÜR: vətəndaşlara çağırış edilib ki...
Bizi izləyin

MDB

Tacikistan-Rusiya BÖHRANI BÖYÜYÜR: vətəndaşlara çağırış edilib ki...

Tacikistan vətəndaşlarına müvəqqəti olaraq Rusiyaya getməməyi tövsiyə edib.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb .

“Tacikistan Respublikasının Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına zərurət olmadığı təqdirdə bütün nəqliyyat növləri ilə Rusiya ərazisinə səyahət etməkdən müvəqqəti çəkinməyi tövsiyə edir”, - deyə ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.

Bundan əvvəl Tacikistan son bir neçə həftə ərzində respublika vətəndaşlarının Rusiya sərhədini keçərkən üzləşdiyi problemlərdən narahatlığını bildirib. Nazirlik insanların Rusiyaya girişinə hansı səbəblərə görə icazə verilmədiyini açıqlamayıb.

Aprelin 25-də “Asia-Plus” agentliyi yüzlərlə Tacikistan vətəndaşının Qazaxıstanın Cənubi Ural vilayəti ilə Orenburq vilayətinin sərhəddindəki Sərqarçin keçid məntəqəsində bir neçə gün ilişib qaldığını bildirib.

Daha sonra Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, sərhəddə yaranan çətinliklər terror aktı təhlükəsi səbəbindən təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlıdır.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm