İspaniyada 10 günlük matəm elan olunacaq
Bizi izləyin

Avropa

İspaniyada 10 günlük matəm elan olunacaq

İspaniyada koronavirus qurbanlarının xatirəsinə matəm elan ediləcək.

Publika.az xarici mətbuata istinadla xəbər verir ki, Baş nazir Pedro Sançes mayın 26-da elan olunacaq matəm 10 gün davam edəcəyini bildirib:

"Biz əsrin ən pis fəlakətini dayandırdıq. Ölkəmizin bərpası məsələsi hələ qarşıdadır. Hökumət çərşənbə axşamından başlayacaq matəmlə bağlı rəsmi bəyanat qəbul edəcək. Matəm on gün davam edəcək. Bütün dövlət qurumlarında və Hərbi Dəniz Donanması gəmilərində bayraqlar endiriləcək. Bu, matəmlə qurbanlarımızın xatirəsinə hörmətimizi göstərmək istəyirik”.

Bildirək ki, İspaniya koronavirus qurbanların sayına görə dünyada dördüncü yerdədir. Ölkədə COVID-19 diaqnozu qoyulan 28 min 628 nəfər ölüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm