• USD 1,7000 0,00% EUR 2,0344 +0,36%
    • GBP 2,2677 -0,22% RUB 0,0224 -0,45%

1 ay küçəyə çıxma qadağası, bütün ictimai məkanlar bağlanır - Avropa ölkəsi sərt karantinə girir

  • Avropa
  • 31 Oktyabr 2020 20:48
  • 1 354 Baxış
1 ay küçəyə çıxma qadağası, bütün ictimai məkanlar bağlanır - Avropa ölkəsi sərt karantinə girir

Yunanıstanda bütün ictimai məkanlar bağlanır.

Publika.az xəbər verir ki, çox sayda şəhərdə yeni tip koronavirusa yoluxmada qeydə alınan sürətli artım səbəbilə çərşənbə axşamından etibarən 1 ay müddətinə küçəyə çıxma qadağası tətbiq olunacaq.

Baş nazir Kiriakos Miçotakis televiziyadan xalqa müraciətində ölkənin 2 kateqoriyalı risk parçalanmasına daxil olduğunu söyləyib. Bildirib ki, bu çərçivədə birinci bölgəyə daxil olan şəhərdə ictimai məkanlarda maskadan istifadə məcburi olacaq. Həmçinin, universitetlər distant təhsilə keçəcək. 50% potensialla evdən işləməyə üstünlük veriləcək.

Paytaxt Afina və Selanik daxil olmaqla, risk qrupuna daxil bölgələrdə bütün restoran və kafelər sadəcə evdən çatdırılma ilə işləyəcək.

Qeyd edək ki, Yunanıstanda 27 oktyabrda gündəlik yoluxma sayı ilk dəfə 1000-i keçmişdi. Ötən gün pandemiya müddətində ilk dəfə 1690 nəfər bir gündə virusa yoluxmuşdu.

Ölkədə ümumilikdə 37 min 196 nəfər koronavirusa yoluxub. 630 nəfər ölüb.

Zümrüd

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR