Almaniya Rusiya diplomatını ölkədən QOVDU
Bizi izləyin

Avropa

Almaniya Rusiya diplomatını ölkədən QOVDU

Almaniya Xarici İşlər Nazirliyi cavab tədbiri olaraq Rusiya səfirliyinin bir əməkdaşını arzuolunmaz şəxs (persona non grata) elan edib.

Publika.az "RİA Novosti"yə istinadla xəbər verir ki, həmçinin Polşa və İsveç xarici işlər nazirlikləri də eyni addımı atmaq niyyətini açıqlayıblar.

Xatırladaq ki, cümə günü Rusiya Xarici İşlər Nazirliyi Almaniya səfirliyinin, habelə Polşa və İsveçin Sankt Peterburqdakı baş konsulluqlarının bu ölkədə keçirilən etiraz aksiyalarında iştirak etdikləri bildirilən əməkdaşlarının arzuolunmaz şəxs elan edilməklə ölkədən çıxarılacaqlarını açıqlamışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm