Berlində FİLM KİMİ SOYĞUN - Zibilyığanlar bankdakı bütün pulları apardı
Bizi izləyin

Avropa

Berlində FİLM KİMİ SOYĞUN - Zibilyığanlar bankdakı bütün pulları apardı

Almaniyada bu gün qeyri-adi oğurluq hadisəsi qeydə alınıb.

Publika.az xəbər verir ki, paytaxt Berlində zibil daşıyıcıları formasında olan cinayətkarlar bankdan çıxan inkassator əməkdaşlarını zərərsizləşdirib, pulları ələ keçiriblər.

Qeyri-adi üsula əl atan oğrular bank əməkdaşlarını gözyaşardıcı qaz və silahla zərərsizləşdiriblər. Planlarını həyata keçirmək üçün cinayətkarlara 10 dəqiqə vaxt bəs edib.

Polis kamera görüntüləri ilə anbaan qeydə alınan cinayət əməlinin iştirakçılarını axtarır.

Oğurlanan pulların məbləği açıqlanmır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm