Atəşkəs pozuldu - Rusiya ölümcül qoşununu bölgəyə yeritdi
Bizi izləyin

Avropa

Atəşkəs pozuldu - Rusiya ölümcül qoşununu bölgəyə yeritdi

Donetsk bölgəsində Rusiya dəstəkli birliklərlə Ukrayna əsgərləri arasında qarşıdurma olub.

Publika.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bölgədəki vəziyyətin kəskin şəkildə gərginləşdiyi və hər iki tərəfin atəşkəsi pozmaqda bir-birini ittiham etdiyi bildirilir.

Agentlik qeyd edib ki, Rusiya dəstəkli birliklərin 1 əsgəri insident zamanı həlak olub. Bundan sonra Kreml bölgəyə ölümcül “Spetsnaz” komandosunu göndərmək barədə qərar verib.

Son sutka ərzində təmas xəttində aktivlik artıb.

Mütəxəssislər 250 min əsgər, 12 min tank, 850 özüyeriyən silah və raketlər ilə Rusiya ordusunun ən güclü birliyi olan Qərb Hərbi Dairəsinin xüsusi təyinatlı qüvvələrinin qarşı tərəfin təchizat yerlərini ortaya çıxarmaq üçün seçilmiş nöqtələrə atış etdiyi ehtimalını irəli sürüb.

Qeyd edək ki, 1 ildən uzun müddətdir bölgədə sabitlik hökm sürürdü.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm