Avropa
6 milyard dollarlıq kokain yüklənmiş TIR… - Kosovada ƏMƏLİYYAT
Müstəqilliyi qismən tanınmış Kosovoda üç ölkə polisinin keçirdiyi xüsusi əməliyyat nəticəsində bazar dəyəri 6 milyard dollar olan 2.2 ton kokain ələ keçirilib. Tez-tez iri həcmdə kokain ələ keçirilən, narkomafiyaların faktiki nəzarətində olan və “Avropanın Kolumbiyası” hesab edilən Kosovoda bu əməliyyat Albaniya və İtaliya polisinin dəstəyi ilə həyata keçirilib.
Bildirilir ki, tonlarla kokain Kosovonun Durres limanından TIR-a yüklənib. Polis həmin TIR-ı təqib etməyə başlayıb və Priştina şəhərinə daxil olarkən saxlayıb. Polisin yaydığı görüntülərdə TIR-ın üzərindəki yazılar və dövlət nömrə nişanı bağlanıb. Kokainin Kosovoya hansı ölkələrdən keçirilərək gətirildiyi bilinmir. Ehtimal edilir ki, kokain daha sonra müxtəlif Avropa ölkələrində narkotacirlərə paylanmaq üçün daşınırdı.
Bu, son bir ayda Durres limanında aşkarlanan üçüncü iri kokain partiyasıdır.
Balkan marşrutu hazırda beynəlxalq narkomafiyanın istifadə etdiyi əsas transit marşrutudur. Bu marşrutun üzərində yerləşən Albaniya və Kosovoda təkcə bir il ərzində 10 tona yaxın kokain aşkarlanıb. Lakin bunlar həmin ölkələr üzərindən daşınan kokainin cüzi hissəsi hesab olunur. (virtualaz.org)
-
Qoroskop11:12
Yeni il bu bürclərə düşərli olacaq
-
Sosial10:16
"Şokolad trendi" ilə bağlı fərqli videolar və TANINMIŞLARIN REAKSİYASI
-
Ekopublika.az10:00
Hamı evini satıb gedir: 3 otaqlı mənzillər 75 min manata...
-
Ekologiya09:33
Bakıya qar yağır - Faktiki hava
-
Hadisə09:10
Azərbaycanda evdə partlayış oldu: xəsarət alan var
-
Nəqliyyat08:55
Bu yolda sürət həddi endirildi
-
Dünya07:55
6,2 bal gücündə zəlzələ bu ölkəni silkələdi
-
Magazin207:15
Cud Lou “Şöhrət Xiyabanı”nda - Fotolar