Hind ştammı ilə bağlı QORXULU PROQNOZ
Bizi izləyin

Avropa

Hind ştammı ilə bağlı QORXULU PROQNOZ

Fransa COVID-19 pandemiyası ilə bağlı tətbiq olunan karantin rejimindən çıxmağa hazırlaşdığı vaxtda mütəxəssislər ölkədə koronavirusun Hindistan ştammının yayılması ilə bağlı narahatlıqlarını bildirirlər. Hindistan ştammının bir neçə variantı olduğu bildirilib. Fransada hind ştammının ən təhlükəli variantı - B.1.617.2 üzrə artıq 30 yoluxma faktı qeydə alınıb.

Publika.az xəbər verir ki, bu haqda Regional Səhiyyə Ajansının məlumatında xəbər verilib.

“Imperial College de Londres” və Lill Universitetinin professoru, genetika üzrə mütəxəssis Filip Forgel yerli mətbuata müsahibəsində hökuməti fəaliyyətsizlikdə qınayıb. Hind ştammının aşkarlanması üçün Fransada xüsusi testlərin olmadığını diqqətə çatdıran alim bu ştammın sürətlə yayıldığını vurğulayıb. Bildirib ki, Fransada səlahiyyətli şəxslər vəziyyəti yaxından və diqqətlə izləməlidirlər. Hind variantı mənşə virusdan daha sürətlə yayılır. Böyük Britaniyada ingilis ştammının dominantlığı iki ay yarım davam etdisə, bu müddət Fransada üç ay yarım oldu. Hindistan ştammı sürətlə inkişaf edərsə, iyulda Fransa virusun dördüncü dalğası ilə üzləşəcək. Beləliklə, ölkə böyük problemlərlə qarşılaşa bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm