Ukrayna ordusu böyük sürpriz hazırlayır - Jiroxov
Bizi izləyin

Avropa

Ukrayna ordusu böyük sürpriz hazırlayır - Jiroxov

Donbasda mümkün əməliyyat zamanı PUA-ların istifadəsinin effektivliyi məsələsini nəzərdən keçirsək, bu, həqiqətən müəyyən maraq doğurur.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Mixail Jiroxov deyib.

“İlk növbədə işğalçıların hansı silahlara sahib olduğunu bilmək lazımdır. Bunlar yaxın məsafəli “Strela-10”, “Osa-AKM” və “Tunquska” hava hücumundan müdafiə sistemləridir. Amma “Tunquska”lar Yaxın Şərqdə Türkiyə və İsrail aviasiyası ilə qarşılaşdılar və ciddi itkiyə məruz qaldılar. Məlum oldu ki, bu komplekslər PUA-larla mübarizədə tamamilə köməksizdilər”, - Jiroxov bildirib.

Ekspert bununla yanaşı qeyd edib ki, Donbasdakı mümkün müharibənin Qafqazdakı kimi olacağına, “Bayraqdar”ların uğurlarını davam etdirəcəyinə inanmaq olmaz: “Hərbçilərimiz bütün məlumatları diqqətlə təhlil edir və bilirlər ki, Donbasdakı silahlı birləşmələrdə radioelektron mübarizə vasitələri Ermənistandakından çoxdur. Buna görə də türk PUA-larının istifadəsinin tamamilə fərqli bir sxemi hazırlanır. İndi Ukrayna ordusu müxtəlif strategiyalar qurur, bunlardan bəziləri işğalçılar üçün böyük bir sürpriz olacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm