Almaniya Türkiyə üçün HƏRƏKƏTƏ KEÇDİ - PKK-ya ŞOK
Bizi izləyin

Avropa

Almaniya Türkiyə üçün HƏRƏKƏTƏ KEÇDİ - PKK-ya ŞOK

Almaniyada PKK terror təşkilatına dəstək olmaq üçün İraqın Ərbil şəhərinə getmək istəyən qrupa icazə verilmədiyi iddia edilir.

Publika.az xəbər verir ki, bu barədə Almaniyanın nüfuzlu qəzetlərindən olan "Die Welt" polisə istinadən məlumat yayıb.

Bildirilir ki, PKK-ya yaxın olan kürd dərnəkləri terror təşkilatına dəstək üçün "canlı qalxan" kampaniyası başladıblar və iyun ayında onlar İraqa getmək üçün qrup halında yola çıxacaqdılar.

Qəzetin yaydığı xəbərdə qeyd olunub ki, Almaniyada qadağan olunan terror təşkilatı siyahısında yer alan PKK-nın NATO üzvü olan Türkiyəyə qarşı həyata keçirilən əməliyyatlara qatılması və ya passiv dəstək verməsi AFR-in maraqlarına əhəmiyyətli dərəcədə təsir edəcək: "Almaniya və ya Avropa vətəndaşlarının münaqişədə iştirakı Türkiyə ilə olan münasibətlərimizə mənfi təsir edəcək. Buna görə də heyətin ölkədən çıxmasının qarşısı alınıb".

Almaniya polisi də qrupun ölkədən çıxmasının qarşısının alındığı ilə bağlı məlumat yayıb. Bildirilib ki, onlar Düsseldorf hava limanında saxlanılıblar.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm