Almaniya Yunanıstanın bu tələbini RƏDD ETDİ - Afina türk gücünün fərqindədir
Bizi izləyin

Avropa

Almaniya Yunanıstanın bu tələbini RƏDD ETDİ - Afina türk gücünün fərqindədir

Türkiyənin müdafiə sahəsindəki addımları ilə ordusunu daha da gücləndirməsi yunan mediasının gündəmindədir.

Publika.az xəbər verir ki, "Greek Reporter" dərgisi Yunanıstanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın hərbi dəniz qüvvələrini gücləndirməsini narahatlıqla izlədiyini ifadə edib.

"Almaniya Egeydəki Aİ müttəfiqi Yunanıstanın əvəzinə Türkiyəni dəstəkləyir" başlıqlı xəbərdə, son sualtı gəmi satışı da Almaniyanın Türkiyəyə verdiyi dəstək və Yunanıstanın hiss etdiyi narahatlıq nümunəsi olaraq təqdim edilib.

Ötən ay Yunanıstan alman səlahiyyətlilərindən Türkiyəyə sualtı gəmi satışının dayandırılmasını istəyib. Lakin Berlin rəhbərliyi bu tələbi rədd etdi.

Almaniya Müdafiə Naziri Anneqret Kramp-Karrenbauer satışın dayandırıla bilməyəcəyini və hətta təxirə salına bilməyəcəyini söyləyərək Yunanıstanın tələbini rədd edib. Xəbərdə Yunanıstanın Aİ-dən Ankaraya hərbi embarqo tələblərinə baxmayaraq, Almaniyanın Türkiyəni dəstəkləməyə davam etdiyi vurğulanıb.

"Greek Reporter" ayrıca, Almaniyadan aldığı "U-214" sualtı qayıqları ilə Türkiyənin bu sahədə atdığı kritik addıma diqqət çəkib, Afinanın Türkiyənin sualtı gücünün artacağını bildiyini qeyd edib.

"Ərdoğanın dəniz silahlarını gücləndirməsini Yunanıstanı narahat edir. Almaniya həm miqrasiya probleminə, həm də strateji və iqtisadi səbəblərə görə Türkiyə ilə qarşıdurmadan çəkinir", - xəbərdə vurğulanıb.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm