İtaliya bu ölkə vətəndaşları üçün karantin məcburiyyətini LƏĞV EDİR
Bizi izləyin

Avropa

İtaliya bu ölkə vətəndaşları üçün karantin məcburiyyətini LƏĞV EDİR

İtaliya vaksinasiyadan keçmiş və koronavirus testinin nəticəsi mənfi olan Birləşmiş Krallıq vətəndaşları üçün karantin məcburiyyətini ləğv edir.

Publika.az xəbər verir ki, bu barədə İtaliyanın səhiyyə naziri Roberto Speranza deyib.

O bildirib ki, İtaliya peyvənd prosesini tamamlayan və testin nəticəsi mənfi olan Britaniya səyahətçiləri üçün 5 günlük məcburi karantini avqustun 31-dən ləğv edəcək.

Qeyd edək ki, digər ölkələrdən gələn səyahətçilər üçün mövcud məhdudiyyətlər qüvvədə qalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm