Avropa
Conson bu xanımı XİN rəhbəri təyin etdi
Elizabet Truss (Liz Truss) Baş nazir Boris Consonun yeni kabinetində İngiltərə Xarici İşlər, Birlik və Beynəlxalq İnkişaf naziri vəzifəsini icra edəcək.
Publika.az TASS-a istinadla xəbər verir ki, bu barədə məlumatı hökumət başçısının ofisi təsdiqləyib.
Qeyd edilib ki, Conson Trussu iqamətgahında qəbul edib.
"Parlament üzvü Elizabet Truss Xarici İşlər, Birlik və Beynəlxalq İnkişaf naziri təyin edildi. Qadın və Bərabərlik Naziri olaraq qalmağa davam edəcək", - Baş nazirin "Twitter" səhifəsində yerləşdirilən mesajda deyilir.
Xarici Ticarət Nazirinin portfeli hələ də boşdur, lakin Coson hazırda iqamətgahında potensial namizədlərlə görüşür.
Beləliklə, İngiltərədəki dörd əsas nazir portfelindən (Xarici İşlər, Daxili İşlər, Xəzinə və Müdafiə Nazirliyi) ikisi qadınlara aiddir.
Hüseyn
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO