Britaniya Rusiyanı günahlandırdı
Bizi izləyin

Avropa

Britaniya Rusiyanı günahlandırdı

“Rusiya Belarus-Polşa sərhədində miqrantlarla bağlı vəziyyətə görə açıq-aşkar məsuliyyət daşıyır”.

Publika.az xəbər verir ki, bunu Böyük Britaniyanın Xarici İşlər naziri Liz Trass bildirib.

Onun sözlərinə görə, rəsmi Moskva böhrana son qoymaq və dialoqa başlamaq üçün Minskə təsir etməlidir: “Sərhəddəki vəziyyət diqqətlə işlənmiş böhrandır. Belarus hakimiyyəti diqqəti ölkədəki bəzi pozuntulardan yayındırmağa çalışır. Biz təkcə bu biabırçı süni miqrasiya böhranının ağır yükünü daşıyan Polşa ilə deyil, həm də Vişeqrad dördlüyünün digər ölkələri - Macarıstan, Slovakiya və Çexiya ilə, Baltikyanı ölkələr və Ukraynadakı dostlarımızla birlikdəyik”.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Rusiyanın miqrasiya böhranı ilə heç bir əlaqəsi yoxdur və bütün ittihamlar əsassızdır.

Xatırladaq ki, artıq bir neçə gündür Polşa-Belarus sərhədində gərginlik yaşanır. Belarusa gəlmiş qanunsuz miqrantlar sərhədi keçərək Polşa ərazisinə daxil olmağa cəhd edirlər. Nəticədə hərbçilərlə miqrantlar arasında qarşıdurma yaşanır. Varşava Aleksandr Lukaşenkonu “kütləvi hibrid hücumunda” ittiham edib və regionda fövqəladə vəziyyət elan edib.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm