Avropa
Reznikovdan KRİTİK AÇIQLAMA: bunun fəlakətli nəticələri olacaq
"Biz çox yaxşı bilirik ki, Rusiya hər an gərginliyi artıra bilər. Biz ölkəmizi və övladlarımızın gələcəyini müdafiə etməyə hazırıq. Bu potensial gərginliyin şübhəsiz ki, bütün Avropa üçün fəlakətli nəticələri olacaq".
Publika.az "TRT Haber"ə istinadla xəbər verir ki, bunu Ukrayna Müdafiə nazir Oleksi Reznikov deyib.
Rusiya Ukrayna sərhəddinə yaxın bölgələrdə hərbi güc toplamaqda davam edərkən, Reznikov Vaşinqtonda Amerikalı həmkarı Llyod Ostinlə danışıqlar aparıb.
"Nazirlər Rusiyanın regionda sabitliyi pozan hərəkətləri də daxil olmaqla bir sıra təhlükəsizlik məsələlərini müzakirə etdilər və avqustun 31-də imzalanmış ABŞ-Ukrayna Strateji Müdafiə Çərçivə Sənədində qeyd olunan ümumi prioritetləri inkişaf etdirmək üçün sıx əməkdaşlıq etmək barədə razılaşdılar"- , Pentaqonun yaydığı məlumatda deyilir.
Görüşdən əvvəl mətbuata qısa açıqlama verən Ostin deyib:
"Rusiyanın təcavüzünə qarşı ümumi prioritetimizin irəliləməsini davam etdirmək və Qara dəniz təhlükəsizliyi, kiber müdafiə və kəşfiyyat mübadiləsi kimi sahələrdə əməkdaşlığımızı dərinləşdirmək üçün bu çərçivələri (ABŞ və Ukraynanın strateji müdafiə çərçivəsi) necə həyata keçirə biləcəyimizi müzakirə etməyi səbirsizliklə gözləyirəm".
Reznikov isə Ukraynanın ABŞ ilə strateji münasibətlərini və Rusiyanın təcavüzünə qarşı mübarizədə ABŞ-ın köməyini yüksək qiymətləndirdiyini bildirib.
O deyib ki, Ukrayna xüsusilə Rusiyanın hibrid hücumlarına qarşı mübarizə sahəsində ABŞ ilə tərəfdaşlığını inkişaf etdirməkdə qərarlıdır:
"Biz çox yaxşı bilirik ki, Rusiya istənilən vaxt gərginliyi artıra bilər. Biz ölkəmizi və övladlarımızın gələcəyini müdafiə etməyə hazırıq. Bu mümkün eskalasiya, şübhəsiz ki, bütün Avropa üçün fəlakətli nəticələrə səbəb olacaqdır. Bunun baş verib-verməyəcəyi daha çox sivil dünyanın bu təcavüzə qarşı birliyindən və qətiyyətindən asılıdır".
Hüseyn
-
Dünya02:44O da vəzifəsindən ayrılır
-
Region02:18ABŞ hücum etdi, İranda bir gündə 35 nəfər öldü
-
Qoroskop01:40Günün ulduz falı: Kompromisə getmək xeyrinizə olacaq
-
ABŞ15 İyul 23:55ABŞ İrana qarşı növbəti zərbələr dalğasına başladı
-
Magazin115 İyul 21:00Azərbaycanlı aktrisa ana oldu
-
Ekopublika.az15 İyul 20:24Azərbaycan neftinin ən iri idxalçıları - Siyahı
-
Hadisə15 İyul 20:12Nəzarətsiz ərazidə 22 yaşlı gənc batdı
-
Kriminal15 İyul 19:20Dəhşətli qətldə təqsirləndirilənin həyat yoldaşı məhkəmədə nəyi etiraf etdi?





































