Norveçdə təyyarə qəzaya uğradı
Bizi izləyin

Avropa

Norveçdə təyyarə qəzaya uğradı

Norveçin Larvik şəhərində göyərtəsində üç nəfər olan təyyarə qəzaya uğrayıb.

Publika.az xəbər verir ki, yerli vaxtla saat 12 radələrində pilotlar üçün tədris mərkəzinə məxsus kiçik ölçülü “Diamond DA42” təyyarəsinin havaya qalxdıqdan bir müddət sonra niyə qəzaya uğraması məlum deyil.

Qəza baş verdiyi anda təyyarənin göyərtəsində bir pilot və iki tələbə olub.

Hazırda hadisə yerində axtarış-xilasetmə işləri görülür. Təyyarənin göyərtəsində olan şəxslərin sağ qalma ehtimalı çox az olduğu bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm