Avropa
Çexiya da F-35 qırıcıları almaq istəyir
Çexiya hökuməti İsveçin Saab AB şirkətindən icarəyə götürülmüş Gripen qırıcılarını əvəz etmək üçün F-35 Lightning II qırıcılarının tədarükü ilə bağlı ABŞ-la danışıqlara başlamağa razılaşıb.
Publika.az xəbər verir ki, bunu Çexiyanın baş naziri Petr Fiala mətbuat konfransında deyib.
O, bildirib ki, Praqa həmçinin tədarük üçün tenderin ləğvindən sonra BAE Systems-in İsveç törəmə müəssisəsindən döyüş maşınlarının alınması ilə bağlı danışıqlar aparacaq:
“Bu, ordunun modernləşdirilməsi və NATO qarşısında öhdəliklərimizin yerinə yetirilməsi istiqamətində daha bir addımdır. Bunlar Avropa və Çexiyanın təhlükəsizliyinin Ukraynadakı müharibənin yaratdığı yeni çağırışlarla üzləşdiyi bir vaxtda vacib qərarlardır”.
Müdafiə naziri Yana Çernoxova bildirib ki, ölkənin 24 F-35-ə ehtiyacı var və danışıqlar gələn ilin oktyabr ayına qədər yekunlaşmalıdır.
Çexiyada hazırda 2027-ci ilə qədər lizinq müqaviləsi əsasında İsveç istehsalı olan 14 Gripen təyyarəsi var.
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 22:24
Tolik MTV-dən getdi
-
Magazin22 Yanvar 21:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 20:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO