DƏHŞƏTLİ QƏTL: evdə əsəbləşib 11 nəfəri güllələyib ÖLDÜRDÜ - VİDEO
Bizi izləyin

Avropa

DƏHŞƏTLİ QƏTL: evdə əsəbləşib 11 nəfəri güllələyib ÖLDÜRDÜ - VİDEO

Monteneqronun Medovina kəndində bir nəfər yoldan keçənlərə atəş açıb.

Publika.az REN TV -yə istinadla xəbər verir ki, hücum nəticəsində 11 nəfər həyatını itirib, yaralıların sayı açıqlanmayıb.

Bildirilib ki, atəş açan kişi təcili yardımı yaralılara kömək etməyə qoymayıb.

Hadisə yerinə gələn polis məmurlarından biri başından yaralanıb.

Cinayətkar Vuçko Boriloviç ölüb, lakin atəş açan şəxsin intihar edib, yoxsa polislə atışma zamanı öldüyü hələlik bəlli deyil.

İlkin məlumata görə, 34 yaşlı yerli sakin ailə münaqişəsindən sonra küçəyə çıxıb və yoldan keçənlərə fərq qoymadan atəş açıb.

Polis hadisə yerində araşdırma aparır.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm