Böyük Britaniyada leysan daşqınlara səbəb oldu
Bizi izləyin

Avropa

Böyük Britaniyada leysan daşqınlara səbəb oldu

Böyük Britaniyanın qərbindəki Devon və Kornuol qraflıqlarında leysan yağışlar güclü daşqınlara səbəb olub. Bölgələrdə və bəzi digər ərazilərdə yağış, tufanla bağlı xəbərdarlıq hələ də qüvvədədir.

Publika.az“İnterfaks”a istinadən xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Çərşənbə axşamı Böyük Britaniyanın Ətraf Mühit Agentliyi 16 qraflıqda, o cümlədən London, Norfolk, Nottingemşir və Lesterşirin rayonlarında daşqın xəbərdarlığı edib.

Şotlandiyada daşqınlar artıq qatarların hərəkətini dayandırıb.

Qeyd edək ki, Britaniya hökuməti keçən həftə ölkənin bir sıra bölgələrində, o cümlədən İngiltərənin cənub-qərbində, cənubunda və şərqində və mərkəzində quraqlıq barədə xəbərdarlıq edib. Həmin bölgələrdə havanın temperaturu +35 dərəcəyə çatırdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm