Avropa
Türk F-16-larına S-300-lərlə hücum: Ankara Afinanı NATO-ya ŞİKAYƏT EDƏCƏK
Yunanıstanın hava hücumundan müdafiə qüvvələrinin döyüş patrulları zamanı türk təyyarələrinə qarşı aktiv fəaliyyət göstərməsi ilə bağlı Türkiyə NATO-ya müraciət etmək niyyətindədir.
Publika.az xəbər verir ki, bu barədə "Yeni Şafak" qəzeti təhlükəsizlik xidmətindəki yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, Krit adasında yerləşən Rusiya istehsalı olan S-300 qurğuları F-16-ları üç kilometr yüksəklikdə ələ keçirib. Buna baxmayaraq, təyyarə "tapşırığı yerinə yetirib və təhlükəsiz şəkildə bazalarına qayıdıb".
"Bütün bunlar həm ABŞ, həm də NATO ilə görüşlərdə müzakirə olunacaq", – nəşr ölkənin təhlükəsizlik xidmətinin yüksək rütbəli rəsmisindən sitat gətirib.
Qəzet həmçinin qeyd edir ki, hadisə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərinin alınmasına görə Türkiyəyə qarşı sanksiyalar tətbiq edən, lakin Yunanıstanın S-300-dən istifadəsinə heç bir reaksiya verməyən ABŞ və Avropanın ikiüzlülüyünü ifşa edir
"Bizə S-400-ə görə sanksiya tətbiq olunur, lakin Yunanıstan S-300-dən fəal şəkildə istifadə edir. Bu məsələni gündəmə gətirəndə bizə S-300-dən "istifadə olunmur, anqarlarda saxlanılır, yalnız təlimlərdə istifadə olunur" dedilər. Amma məlum oldu ki, bu, həqiqət deyil. Bizə deyirlər ki, siz Rusiya istehsalı olan silahlardan istifadə edə bilməzsiniz, Yunanıstan Rusiya istehsalı sistemlərlə NATO üzvü olan ölkənin təyyarələrini təqib edir" - deyə hərbi mənbə bildirib.
Daha əvvəl bildirilmişdi ki, Yunanıstan Müdafiə Nazirliyi Türkiyənin F-16 qırıcılarına qarşı S-300 sistemindən istifadə edilməsi ilə bağlı Türkiyənin bəyanatını təkzib edib.
Akqabay
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI










.jpg)





















