Almaniya Ukraynaya əlavə 200 milyon avro ayırmaq istəyir
Bizi izləyin

Avropa

Almaniya Ukraynaya əlavə 200 milyon avro ayırmaq istəyir

Almaniya hakimiyyəti əhaliyə ödəniş etmək üçün Ukraynaya əlavə 200 milyon avro köçürməyi düşünür.

Publika.az xəbər verir ki, bunu Almaniyanın iqtisadi əməkdaşlıq və inkişaf naziri Svenya Şultse deyib.

Onun sözlərinə görə, o, bu məsələni Ukraynanın baş naziri Denis Şmıxalla müzakirə etməyə hazırlaşır.

"Pul, Ukraynanın məcburi köçkün vətəndaşlarının özlərini ehtiyac duyduqları hər şeylə təmin etməyə davam etmələrinə kömək edəcək", - nazir deyib.

BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, xüsusi əməliyyat başlayandan bəri yeddi milyona yaxın ukraynalı öz yaşayış yerini tərk edib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm