Avropa
Zelenskidən Kulebaya TAPŞIRIQ: İranın bu addımına görə...
İranın Rusiyaya silah yardımı etməsi ilə bağlı kəşfiyyat və müxtəlif mətbuatda yayılan xəbərlər təsdiqlənib. Prezident Vladimir Zelenski Ukrayna Xarici İşlər Nazirliyinə buna cavab verməyi tapşırıb.
Bu barədə Publika.az Ukrayna prezidentinin mətbuat katibi Serhi Nikiforova istinadla xəbər verir.
"Ukrayna prezidenti Xarici İşlər Nazirliyinə Rusiya qoşunlarının İran istehsalı olan silahlardan istifadə etməsi faktlarına cavab verməyi tapşırıb. Təəssüf ki, kəşfiyyat məlumatları və KİV-in xəbərləri nəhayət döyüş meydanında təsdiqləndi", - Nikiforov yazır.
Prezidentin mətbuat katibinin sözlərinə görə, İranın Rusiyaya silah yardımı etməsi Tehranın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə, eləcə də vətəndaşlarımızın həyatına qarşı atdığı addımdır.
“Xatırlatmaq istərdim ki, İran rəhbərliyi dəfələrlə öz bitərəfliyini və Rusiyanın Ukraynaya qarşı təcavüzünün dayandırılmasında vasitəçilik etməyə hazır olduğunu bəyan edib”, - sözçü qeyd edib.
Xatırladaq ki, sentyabrın 13-də Ukrayna əsgərləri ilk dəfə İrana məxsus pilotsuz təyyarəni vurması barədə məlumat yayıb. Eyni zamanda Xarkov vilayətinin Kupyansk şəhəri yaxınlığında düşmən PUA-sı endirilib.
Hələ iyul ayında ABŞ xəbərdarlıq etmişdi ki, Rusiya İrandan Ukraynaya qarşı müharibədə istifadə etmək üçün ona yüz döyüş pilotsuz uçan aparat verməsini xahiş edib. Hətta sonradan məlum olub ki , Rusiya nümayəndələri PUA-ları yoxlamaq üçün artıq iki dəfə İrana gediblər.
Ukraynanın 92-ci motoatıcı diviziyasının artilleriya komandiri, polkovnik Rodion Kulaqinin sözlərinə görə, ruslar Ukrayna texnikasını məhv etməyə cəhd etmək üçün İran pilotsuz uçan aparatlarından fəal şəkildə istifadə etməyə başlayıblar .
Hüseyn İbadlı
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR