Avropa
Xalq Makronun istefasını TƏLƏB ETDİ

Mindən çox insan qiymət artımı və ölkənin hazırkı hakimiyyətinin siyasətinə etiraz edərək Paris küçələrində yürüş keçirib.
Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Florian Filipponun “Vətənpərvərlər” hərəkatı tərəfindən təşkil edilən aksiya Parisin 6-cı rayonunda yerləşən Monparnas qülləsinin ətəyindən başlayıb.
Təşkilatçılar tərəfindən irəli sürülən əsas şüarlar əsasən “azadlıq”, “sülh” və “suverenlik” tələbləri olub.
Yürüş zamanı hazırkı dövlət başçısı Emmanuel Makronun istefası ilə bağlı dəfələrlə çağırışlar edilib.
İştirakçılar həmçinin Fransa hakimiyyətini və Avropa qurumlarının rəhbərliyini, xüsusən də Avropa Komissiyasının rəhbəri Ursula Von der Leyeni iqtisadi vəziyyətin ciddi şəkildə pisləşməsinə görə tənqid edib və Fransanın Avropa İttifaqından çıxmasını tələb ediblər.

-
Magazin121:00
Röya Ayxan hamını geridə qoydu - FOTO
-
İdman20:48
Messi "eşşək" adlandırdığı şəxsə görə televiziya verilişindən İMTİNA ETDİ
-
MDB20:36
Taşiyevdən SƏRT QƏRAR: Qırğızıstanda əxlaqsızlıq yuvaları bağlanır
-
Səhiyyə20:12
Ehtiyatsızlıq: 450 nəfər qorxulu xəstəliklərə yoluxdu
-
Sosial19:07
Bakının 3 rayonunda SU OLMAYACAQ
-
Dünya19:00
Günəşdə yeni güclü alovlanma ehtimalı var, amma...
-
Magazin218:50
21 illik xoşbəxt evliliyin SİRRİNİ AÇDI
-
Sosial18:20
Nərgiz Absalamova SAXLANILDI