Ukrayna NATO-ya DOĞRU: Zelenski üzvlüklə bağlı bəyannamə imzaladı
Bizi izləyin

Avropa

Ukrayna NATO-ya DOĞRU: Zelenski üzvlüklə bağlı bəyannamə imzaladı

Ukrayna prezidenti Volodimir Zelenski və Monteneqronun baş naziri Dritan Abazoviç Ukraynanın NATO-ya üzvlüyü haqqında saziş imzalayıblar.

Publika.az xəbər verir ki, bu barədə Monteneqro hökumətinin mətbuat xidməti məlumat yayıb.

"Monteneqro Ukraynanın ərazi bütövlüyünü və necə yaşamaq istədiyini və hansı təşkilatlara qoşulacağını seçmək hüququnu müdafiə etməkdə birmənalı şəkildə dəstəkləyir", - hökumətin mətbuat xidməti Monteneqro baş nazirinin sözlərindən sitat gətirib.

Sənədin məzmunu isə açıqlanmayıb.

Bundan əvvəl URA.RU yazıb ki, Kiyevdə tərəfdaşlarla Ukraynanın Şimali Atlantika Alyansına Üzvlük Fəaliyyət Planı (MAP) olmadan daxil olması ilə bağlı danışıqlar aparırlar.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm