Avropa
Qərb ölkələri Rusiya üzərindən uçuşları bərpa etməlidirlər - Çağırış
Qərb ölkələri aviaşirkətlərin yükünü azaltmaq üçün Rusiya hava məkanından uçuşların bərpasına hazırlaşmalıdır.
Publika.az xəbər verir ki, bu çağırışı Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) baş direktoru Uilyam Uolş edib.
"Biz Rusiyanın hava məkanını açmaq barədə düşünməliyik",- IATA rəhbəri deyib.
Ualş hesab edir ki, bu yaxınlarda anti-koronavirus məhdudiyyətlərinə görə uçuşları məhdudlaşdıran Çin də, 2023-cü ildə bir sıra qadağaları aradan qaldıra bilər. Belə olan halda, Çin aviadaşıyıcıları Rusiya hava məkanından yan keçdiyinə görə ləngimələrlə işləmək məcburiyyətində qalan "British Airways"-dən daha yaxşı vəziyyətdə olacaqlar.
IATA-nın baş direktoru onu da əlavə edib ki, Rusiya və Ukrayna ərazisindən uçuşlara qadağa qoyulması səbəbindən, Avropa səmasında təyyarələrin sayı kəskin şəkildə artıb.
Oktyabrın əvvəlində bildirilmişdi ki, Honkonq aviaşirkəti "Cathay Pacific" Rusiya hava məkanından istifadə edərək marşrutları bərpa edəcək. Beləliklə, aviadaşıyıcı Nyu-Yorkdan Honkonqa "qütb marşrutu" adlanan marşrut üzrə uçmağa başlayacaq.
Ayşən Rəhim
-
MDB09:18
Rusiyada böhran: Rekord sayda insan müflis oldu
-
Elm və təhsil08:22
Tələbələrə şad xəbər: Bu tarixdən təqaüdlər artırılır - VİDEO
-
Sosial07:15
Ermənilər oğlunun cəsədini vermək üçün nə istəyiblər? - Şəhid anası DANIŞDI
-
Maraq dünyası05:45
Günəş sistemindəki ən böyük fırtına ilə bağlı təəccübləndirən kəşf
-
İKT03:35
“WhatsApp”da daha bir yenilik
-
Sosial02:19
Emin ev qazanan qazi ailəsinin yeni görüntülərini paylaşdı - VİDEO
-
Qoroskop00:50
Günün qoroskopu: planlarınızı dəyişməli olacaqsız
-
İdman14 Oktyabr 22:05
Millimiz Slovakiyaya da uduzdu - VİDEO/YENİLƏNDİ