Franko Frattini vəfat etdi
Bizi izləyin

Avropa

Franko Frattini vəfat etdi

Dövlət Şurasının sədri, İtaliyanın keçmiş xarici işlər naziri Franko Frattini Romada vəfat edib.

Publika.az "Corriere della Sera"ya istinadla xəbər verir ki, 65 yaşlı Frattini 2002-ci ilin noyabrından 2004-cü ilin noyabrınadək xarici işlər naziri, 2008-ci ilin mayından 2011-ci ilin noyabrınadək isə Silvio Berluskoninin rəhbərliyi altında hökumətlərdə çalışıb.

Bundan əlavə, Frattini dövlət idarəçiliyi naziri və Avropa Komissiyası sədrinin müavini olub.

2022-ci ilin yanvarından Frattini İtaliya Dövlət Şurasının rəhbəri vəzifəsini icra edir.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm