Afina TƏŞVİŞDƏ: Türkiyənin bu addımı Yunanıstanın planlarını alt-üst etdi
Bizi izləyin

Avropa

Afina TƏŞVİŞDƏ: Türkiyənin bu addımı Yunanıstanın planlarını alt-üst etdi

“Siper” raketinin sınağı və Türkiyənin Suriya ilə normallaşma prosesi Yunanıstanda narahatlıq yaradıb.

Publika.az Türkiyənin “Star” qəzetinə istinadla xəbər verir ki, yunan mətbuatı Türkiyə ilə Suriyanın yaxınlaşmasının Yunanıstan-Kipr administrasiyası üçün ciddi nəticələrinin olacağını yazıb.

Bildirilib ki, Türkiyə ilə Suriya arasında Dəniz Sahələrinin Delimitasiyasına dair mümkün müstəsna iqtisadi zona (EEZ) razılaşması Afinanın və Kipr administrasiyasının Şərqi Aralıq dənizindəki planlarını pozacaq.

Bundan əlavə, Türkiyə qoşunlarının bir hissəsinin Suriyanın şimalından Egeyə köçürülməsi ssenarisinin Yunanıstan üçün mənfi hal ola biləcəyinə diqqət çəkilib.

Xəbərdə “Türkiyə Suriyaya yaxınlaşmaqla yanaşı, raketdən müdafiə sistemlərini inkişaf etdirməyə çalışır. Hər iki vəziyyət bizim üçün kritikdir”, - deyə qeyd olunub.

Xatırladaq ki, Türkiyə Müdafiə Sənayesi Rəyasət Heyətinin sədri İsmail Dəmir “SİPER Product-1” sistemindən idarə olunan sınaq raketi ilə 100 kilometrdən çox mənzilli hədəfin müvəffəqiyyətlə vurulduğunu bildirib.

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan, “Suriya-Türkiyə-Rusiya üçlüyü olaraq bir addım atmaq istəyirik. Əvvəlcə kəşfiyyat təşkilatlarımız, sonra müdafiə nazirlərimiz, daha sonra xarici işlər nazirlərimiz bir araya gəlsin. Sonra lider olaraq bir araya gələcəyik”, - deyib.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm