Avropa
Ursula fon der Leyen bir nəfəri ölümdən qurtardı: Sonra qara “Mercedes”ə minərək...
Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen təyyarənin göyərtəsində olan bir nəfəri xilas edib.
Publika.az xəbər verir ki, bu barədə “Bild” qəzeti “Swiss Air” şirkətinin Sürixdən Brüsselə uçan LX780 reysinin sərnişinlərindən birinə istinadən yazıb.
“Biz Brüsselə qayıdırdıq. Sərnişinlərdən birinin köməyə ehtiyacı vardı. Həmişə olduğu kimi, ekipaj tibbi bilikləri olanlardan cavab vermələrini xahiş etdi. Ursula fon der Leyen köməyə gəlib", - sərnişin bildirib.
Digər sərnişinlərin dediyinə görə, reys Brüsselə enib və burada xəstə həkimlər tərəfindən qarşılanıb.
Bundan sonra fon der Leyen rəsmi görüşdə iştirak etmək üçün qara “Mercedes”ə minərək gedib.
Avropa Komissiyasının rəhbəri 1991-ci ildə doktorluq dissertasiyasını aldığı Hannover Tibb Məktəbində tibb üzrə təhsil alıb. Belə vəziyyətlərdə olan həkimlər üçün insana kömək etməkdən başqa çarə yoxdur. Nəşrin məlumatına görə, bu, fon der Leyenin təyyarənin göyərtəsində olan şəxsi xilas etdiyi ilk hadisə deyil.
Tural
-
Əmlak04:44Kreditlə ev almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO
-
İdman00:30Sabiq futbolçu 43 yaşında öldü - FOTO
-
Magazin100:15“Nə qədər bağlı geyinsəm də, deyəcəklər ki, “bu qız lütdür””
-
Qoroskop00:00Günün ULDUZ FALI - Duyğusal vəziyyət dəyişkən ola bilər
-
Hadisə2 Dekabr 23:36Qorxulu videoların qurbanı olan 13 yaşlı Kəmalə... - VİDEO
-
Sosial2 Dekabr 20:48“Cin-şeytan görüntülərinə baxırmış”: 13 yaşlı qızın dəftərinə çəkdikləri ŞOKA SALDI - VİDEO
-
Magazin22 Dekabr 20:24Həmkarının ombasını dişləyən aktrisa MƏHKƏMƏYƏ VERİLDİ
-
Nida Xəbər 2 Dekabr 19:36XİN-in Naxçıvandakı idarəsi LƏĞV EDİLDİ









.jpg)








.jpg)






.jpg)
.webp)











