Avropa
Ramşteyn aviabazasına KRİTİK TOPLANTI: müttəfiq ölkələr QƏRAR VERƏCƏK
Niderland Ukraynaya "Leopard" tanklarının tədarükü üçün pul ödəməyə hazırdır.
Publika.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin rəhbəri Kaysa Ollonqren "Bloomberg"ə müsahibəsində bildirib.
"Şübhəsiz ki, bizim etmək istədiyimiz budur", o deyib.
Ollonqren qeyd edib ki, Polşa və Finlandiya artıq Kiyevə "Leopard" tankları göndərməyə hazır olduqlarını bəyan ediblər:
"Biz hamımız Almaniyanın bu məsələdə mövqeyini gözləyirik, lakin mən həll yolu tapmağa və Ukraynaya tanklar göndərməyə çalışmağın tərəfdarıyam".
Ollongren həmçinin əlavə edib ki, yanvarın 20-də çox vacib görüş olacaq. Onun sözlərinə görə, bir neçə müttəfiq ölkənin müdafiə nazirləri Ukraynanın hərbi ehtiyaclarını müzakirə etmək üçün Almaniyanın Ramşteyn aviabazasına toplaşacaqlar.
Bundan əvvəl Fransa və Polşa Almaniyanın "Leopard" tanklarını Kiyevə köçürmək üçün Almaniyaya təzyiqi artırmışdı. Paris və Varşava öz nümunələri ilə Berlinə göstərmək istəyirdilər ki, belə tankların göndərilməsi ilə bağlı tabunu qırmaq olar.
Almaniya Nazirlər Kabinetinin nümayəndəsi Şteffen Hebeştreit bildirib ki, indi Berlin Ukraynaya "Leopard" tanklarını ötürmək niyyətində deyil. Polşanın baş naziri Mateuş Moravetski cavabında bildirib ki, Polşa artıq Ukrayna tərəfi və Qərbi Avropadan olan digər tərəfdaşlarla tankların birgə tədarükü barədə razılığa gəlib.
Hüseyn İbadlı
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı
-
İnanc20 Mart 18:00Tüstüdən gələn mistik güc: Cansız daş da can tapa bilər, əgər...
-
Nida Xəbər 20 Mart 17:06Mehriban Əliyeva xalqımızı bayram münasibətilə təbrik etdi




















.jpg)













.jpg)

