Nüvə bazasına daxil olmağa cəhd edən iranlı saxlanıldı - Tək olmayıb
Bizi izləyin

Dünya

Nüvə bazasına daxil olmağa cəhd edən iranlı saxlanıldı - Tək olmayıb

Şotlandiyada bir iranlı Böyük Britaniyanın nüvə silahı daşıyan sualtı qayıqlarının yerləşdiyi Fasleyn hərbi bazasına daxil olmağa cəhd edərkən saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.

Məlumata görə, Şotlandiya polisi 34 yaşlı kişi və 31 yaşlı qadını martın 19-da 17:00 radələrində saxlayıb. Qadının vətəndaşlığı barədə məlumat verilməyib.

Böyük Britaniya Kral Donanmasının nümayəndəsi bildirib ki, şübhəlilər hərbi bazaya uğursuz şəkildə daxil olmağa cəhd ediblər.

Məsələ ilə bağlı araşdırma davam etdiyinə görə əlavə məlumat verilmir.

Polisin hadisə ilə bağlı araşdırmaları davam edir.

Qeyd edək ki, Fasleyn bazası Kral Donanmasının bütün nüvə sualtı qayıqlarının, o cümlədən “Trident” nüvə raketləri ilə təchiz olunmuş “Vanguard” sinifli ballistik raket daşıyıcılarının əsas yerləşdiyi məkandır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm