Dünya
"Ölüm adası": Bu ölkədə turistlər sirli şəkildə ölürlər
Tailandın Ko Tao adası son illər baş verən müəmmalı hadisələr səbəbilə “ölüm adası” kimi tanınmağa başlayıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu reputasiya 2014-cü ildən sonra bir sıra turist ölümləri ilə formalaşıb. Həmin ilin sentyabrında 24 yaşlı britaniyalı Devid Miller və 23 yaşlı Hanna Uizeric çimərlikdə qətlə yetirilmiş halda tapılıb. Onların cəsədləri “Sairee Beach” sahilində aşkarlanıb və hadisə böyük rezonans doğurub.
Elə həmin il adada daha bir britaniyalı turist Nik Pirson həyatını itirib. Bir il sonra isə fransalı turist Dimitri Povse otelin eyvanında ölü tapılıb.
Qorxulu hadisələr sırasında Rusiya vətəndaşı da var. 2017-ci ildə 23 yaşlı Valentina Novozenova adada itkin düşüb. Müşahidə kameraları onun sahil istiqamətində getdiyini qeydə alsa da, sonrakı taleyi ilə bağlı heç bir iz tapılmayıb. Polis onun suda boğulmuş ola biləcəyini ehtimal etsə də, bu versiyanı təsdiqləyən sübutlar təqdim edilməyib.
Məlumata görə, baş verən hadisələrin əksəriyyəti yerli hüquq-mühafizə orqanları tərəfindən bədbəxt hadisə və ya intihar kimi qiymətləndirilib. Tailand hakimiyyəti isə tam araşdırmaların aparılmamasını adanın məhdud resursları ilə izah edir.
Bütün bu mənfi imicə baxmayaraq, Ko Tao turistlər üçün hələ də cəlbedici məkan olaraq qalır. Yerli media isə istirahətə gələnlərə diqqətli və ehtiyatlı olmağı tövsiyə edir.
-
Ekologiya19:00Azərbaycana yaz gəldi
-
ABŞ18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı
-
İnanc18:00Tüstüdən gələn mistik güc: Cansız daş da can tapa bilər, əgər...
-
Nida Xəbər 17:06Mehriban Əliyeva xalqımızı bayram münasibətilə təbrik etdi
-
Rəsmi xronika16:32İlham Əliyev onu nazir müavini təyin etdi - Foto
-
Nəqliyyat16:00Bakıda sürücüsüz nəqliyyat dövrü başlayır: Birdən-birə şəhərin küçələrinə buraxılacaq?
-
Nida Təhlil 15:00Bu ixtisası bitirən çağırışçıların nəzərinə: 1 il müddətinə orduda…










.jpg)




.jpg)
.jpg)













.jpg)


