İdman
Ronaldonun gəlişindən sonra “Almeriya”da nələr dəyişib? - Tebas detalları açıqladı
La Liqanın prezidenti Xavyer Tebas “Almeriya” klubunun səhmlərinin Kriştiano Ronaldo tərəfindən alınmasını təsdiqləyib.
Publika.az xəbər verir ki, 41 yaşlı portuqaliyalı ulduz futbolçu Sequnda təmsilçisinin səhmlərinin 25 faizini əldə etdikdən sonra klubun populyarlığı kəskin şəkildə artıb. “Almeriya” sosial şəbəkələrdə izləyici sayına görə İspaniyada beşinci klub mövqeyinə yüksəlib.
Jurnalist Fabritsio Romanonun yaydığı açıqlamada Tebas bildirib: “Almeriya Ronaldo layihəyə sərmayə qoyduqdan sonra sosial şəbəkələrdə izləyici sayına görə İspaniyada beşinci olub. Bu, sponsorların cəlb olunması və uzunmüddətli inkişaf baxımından çox vacibdir. Ronaldonun gəlişi ciddi ambisiyaların göstəricisidir”.
Hazırda “Almeriya” La Liqaya yüksəlmək uğrunda mübarizə aparır. Komanda ikinci divizionun turnir cədvəlində üçüncü pillədə qərarlaşıb.
-
Magazin103:13"Pulumu ən çox onlara xərcləyirəm"
-
Qoroskop00:15Günün ULDUZ FALI - Gizli qalmış duyğuları bölüşə bilərsiniz
-
Sosial00:00Dolu yağanda maşınlar bu vəziyyətə düşdü - VİDEO
-
Magazin126 May 23:36İlk dəfə qızından danışdı
-
Sağlamlıq26 May 23:24Bu saatdan sonra yemək yemək qəti qadağandır - XƏBƏRDARLIQ
-
ABŞ26 May 23:00Tramp tibbi müayinəsinin nəticələrini açıqladı
-
Elm və təhsil26 May 21:50Buraxılış imtahanında maksimum nəticə - 300 balı onlar topladılar
-
İdman26 May 21:24Sabiq müdafiəçisi 48 yaşında vəfat etdi - FOTO




































