ATƏT-in sədri Gürcüstana rəsmi səfər edəcək
Bizi izləyin

Avropa

ATƏT-in sədri Gürcüstana rəsmi səfər edəcək

Aprelin 10-11-də Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani ATƏT-in sədri qismində Gürcüstana rəsmi səfər edəcək.

Publika.az xəbər verir ki, Buyar Osmanini Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili qəbul edəcək.

Gürcüstan prezidenti Salome Zurabişvili, baş nazir İrakli Qaribaşvili, parlamentin sədri Şalva Papuaşvili də ATƏT-in sədri ilə görüşəcək.

Səfər çərçivəsində həm təkbətək formatda, həm də iki ölkənin nümayəndə heyətləri arasında görüşlər keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm