Ukrayna taxılına görə dava - Fermerlər etiraz etdi, polis blokadanı yardı
Bizi izləyin

Avropa

Ukrayna taxılına görə dava - Fermerlər etiraz etdi, polis blokadanı yardı

Polşa polisi səhər saatlarında Ukrayna taxılının Polşaya daxil olduğu Xrubiesovda geniş dəmir yolu xəttini bağlayan fermerlərin etirazını dayandırıb.

Publika.az xəbər verir ki, bu barədə “RMF FM” məlumat yayıb.

Əvvəllər fermerlər Dorohuskdakı Polşa-Ukrayna sərhəd keçidini bağlamaq planlarından imtina ediblər, çünki bu hərəkət forması həmkarlar ittifaqı ilə razılaşdırılmayıb. Fermer təşkilatlarının rəhbərləri yeni kənd təsərrüfatı nazirinin Ukrayna taxılının Polşaya axınının dayandırılması ilə bağlı vədlərinə inanmırlar.

Fermerlər yerli vaxtla səhər saat 10:00-da aksiyaya qoşulmalı və Ukraynadan Polşaya taxıl daşıyan Xrubiesovda dəmiryol yolunu bağlamalı idilər. Bildirilib ki, etiraz aksiyası 7 gündür elan edilib.

Etiraz aksiyası baş tutmayıb, polis onun qarşısını alıb. Hadisə yerinə onlarla polis maşını gəlib. Onlara sərhədçilər və dəmiryol mühafizəsinin əməkdaşları da qoşulub. Fermerlərin sözlərinə görə, onlar zorakı hərəkətlərə əl atmaq fikrində deyillər.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm