Avropa
Avropada iki ölkə birləşir? - Sandudan KRİTİK AÇIQLAMA

"Moldovanın Rumıniya ilə birləşməsi ideyası ölkə vətəndaşlarının dəstəyini qazanmır, ona görə də hakimiyyət Avropaya inteqrasiya ideyasına cəmlənib".
Publika.az xəbər verir ki, bu barədə Moldova Prezidenti Maya Sandu "Geopolitique" portalına müsahibəsində bildirib .
O qeyd edib ki, Rumıniya ilə birləşməyə dəstək var, lakin bu, kifayət deyil.
Moldova prezidenti qeyd edib ki, respublikanın bir milyona yaxın vətəndaşının da Rumıniya pasportu var, lakin çoxları iki dövlətin mümkün birləşməsindən qorxur.
"Uzun müddətdir davam edən müzakirələr var, amma yenə də buna kifayət qədər dəstək yoxdur. Eyni zamanda, Moldovanın Avropa Birliyinə üzv olmaq üçün kifayət qədər dəstəyi var və biz buna çalışırıq", - o izah edib.
İctimai rəy sorğularına əsasən, Moldova vətəndaşlarının təxminən 60%-i və Rumıniya sakinlərinin təxminən 55%-i Moldova və Rumıniyanın birləşməsinə qarşıdır.
Bundan əvvəl Moldovanın eks-prezidenti İqor Dodon bildirib ki, Maya Sandu hakim Fəaliyyət və Həmrəylik Partiyası (PSD) ilə birlikdə dövlətin Avropaya inteqrasiyasını təşviq edərək öz maraqlarından çıxış edir.
Hüseyn İbadlı

-
Nida Xəbər 11:48
Ermənistan piyadadır, əsas problem İrandır: Türklər döyüşdən qaçmır, sadəcə...
-
Nida Təhlil 11:04
Rusiyadan Ermənistana Lars şapalağı - TƏFƏRRÜAT
-
Rəsmi xronika10:30
"Ermənistan nə bu gün, nə də gələcəkdə..." - Prezident
-
Hadisə09:38
Bakıda mebel salonu YANDI
-
Hadisə09:21
Şəhid ailəsinin evini soyan şəxs saxlanıldı - FOTO
-
Elm və təhsil09:06
Kabinetində güllələnən icra başçısının qızı Şuşa məktəbinə direktor TƏYİN EDİLDİ
-
Səhiyyə08:15
Bu xəstəliyin yayılma riski yüksəkdir - ÜST
-
Ekologiya07:15
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ