Avropa
Venesiyaya giriş qiymətləri İKİQAT ARTCAQ
2025-ci ildən etibarən Venesiyada qalınan hər gün üçün 10 avro məbləğində şəhərə giriş haqqı tutulacaq.
Publika.az arici mediaya istinadla xəbər verir ki, şəhər rəhbərliyi bəzi insanları ziyarətdən çəkindirəcəyinə ümid edərək, aprel ayında giriş vergisi tətbiq edib. Sistem pik ziyarət dövrlərində turist axınını idarə etmək üçün nəzərdə tutulub.
Biletin qiyməti səfərdən əvvəl son dörd gün ərzində ödəyənlər üçün 5 avroya, gəlişdən üç gün əvvəl bunu bacaranlar üçün 10 avroya başa gələcək.
“Bu tədbir 2023-cü ildə əlavə və dəyişikliklər edilmiş 2019-cu ilin büdcə qanununa əsasən tətbiq edilir. Bu, yeni turizm idarəetmə sistemini müəyyənləşdirmək və müəyyən dövrlərdə Venesiyada gündəlik turizmə nəzarət məqsədi daşıyır. Yeni qayda şəhərin həssaslığına və unikallığına uyğundur”, - deyə şəhərin meri Luiçi Bruqnaro deyib.
2023-cü ilin aprelində yol biletləri sınaqlarının başlaması mübahisələrə və etirazlara səbəb oldu. Ada sakinləri arasında yerli əhalinin azalması fenomeni ilə mübarizə üçün investisiya və səylər göstərməyə çağırışlar edildi.
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO